Azərbaycan
Banklar Assosiasiyasının (ABA) rəsmi renkinq məlumatlarının təhlili AFB Bankın
son bir ildə əsas göstəriciləri üzrə bazarda ən yüksək artım dinamikası nümayiş
etdirən banklardan biri olduğunu göstərir. Bank 2026-cı ilin II rübündə
aktivlər, kredit portfeli və depozit bazası üzrə ciddi artıma nail olub.
2026-cı
ilin II rübü üzrə bank sektorunun göstəriciləri AFB Bank üçün güclü böyümə
dinamikası ilə yadda qalıb. Azərbaycan Banklar Assosiasiyasının rəsmi
"Renkinqlər” səhifəsində dərc olunan məlumatlara əsasən, AFB Bank son bir ildə
bir sıra əsas göstəricilərinin artım tempinə görə bazarda lider mövqelərdə
qərarlaşıb. 2025-ci ilin II rübü ilə müqayisədə AFB Bankın aktivləri 311,8 milyon manatdan 536,9
milyon manata yüksəlib. Bu isə bir il ərzində 72,2% artımdeməkdir. Başqa sözlə, Bankın aktivləri son 12 ayda 225 milyon manatdan çoxgenişlənib.
Kredit
portfelində də yüksək dinamika müşahidə olunub. AFB Bankın müştərilərə verilmiş kredit portfeli 2025-ci ilin II
rübündə 202,9
milyon manat təşkil etdiyi halda, 2026-cı ilin II rübündə bu
göstərici 394,4
milyon manata çatıb. Beləliklə, Bankın ümumi kredit portfeli
illik müqayisədə 94,4%
artıb. Kredit portfelinin strukturunda biznes kreditləri üzrə
artım xüsusilə diqqət çəkir. AFB Bankın biznes kreditləri portfeli son bir ildə107,1 milyon
manatdan 236,9 milyon manata yüksəlib. Bu isə 121,3% artımdeməkdir. Biznes
kreditləri üzrə dinamikanı qiymətləndirilərkən müqayisəyə ümumi kredit portfeli
100 milyon manatdan yuxarı olan banklar daxil edilib.
Fiziki
şəxslər üzrə kreditləşmədə də Bankın nəticələri bazar üzrə seçilib. AFB Bankın
istehlak kreditləri portfeli 2025-ci ilin II rübündə 26,6 milyon manatolduğu halda, 2026-cı ilin II rübündə 88,5
milyon manata yüksəlib.
Depozit
portfelindəki dinamika da AFB Bankın son bir ildə bazarda mövqeyini
gücləndirdiyini göstərir. Bankın hüquqi və fiziki şəxslər üzrə ümumi depozit
portfeli 140,9
milyon manatdan 342,3 milyon manata çatıb. Nəticədə ümumi
depozit portfeli üzrə artım 142,9%olub. Fiziki şəxslərin depozitlərində isə artım daha yüksək olub. Bu göstərici
2025-ci ilin II rübündə 75,9
milyon manat təşkil edirdisə, 2026-cı ilin II rübündə 219 milyon manatayüksəlib. Beləliklə, AFB Bankda fiziki şəxslərin depozit portfeli bir il
ərzində 188,5%
artıb. Hüquqi şəxslərin depozit portfeli də müsbət dinamika
nümayiş etdirib. Bu istiqamətdə göstərici təxminən 65 milyon manatdan 123,3 milyon
manata yüksəlib. Artım 89,6%təşkil edib.
Təhlil
göstərir ki, AFB Bankın böyüməsi yalnız bir istiqamətlə məhdudlaşmayıb.
Aktivlərin genişlənməsi, kredit portfelinin sürətli artımı və depozit bazasının
güclənməsi Bankın həm biznes, həm də pərakəndə bankçılıq seqmentində aktiv
mövqe tutduğunu göstərir.
Xatırladaq
ki, ABA-nın rəsmi renkinq məlumatlarına əsasən, AFB Bank 2026-cı ilin II
rübündə aktivlər,
ümumi kredit portfeli, istehlak kreditləri, ümumi depozit portfeli və fiziki
şəxslərin depozit portfeli üzrə bir illik artım dinamikasına
görə bazarda ilk sırada qərarlaşıb.
Qeyd
edək ki, AFB Bank cari ilin həm I, həm də II rübündə əsas balans göstəriciləri
üzrə yüksək artım tempini qoruyub. Bu isə Bankın böyüməsinin qısamüddətli
sıçrayış deyil, ardıcıl və stabil inkişaf dinamikasına əsaslandığını göstərir. Ümumilikdə,
2026-cı ilin II rübünün nəticələri AFB Bankın bazarda daha güclü mövqeyə
keçdiyini, müştəri bazasını genişləndirdiyini və əsas bankçılıq istiqamətləri
üzrə sürətli inkişaf mərhələsini davam etdirdiyini nümayiş etdirir.
AFB Bank
haqqında
AFB Bank fiziki şəxslər, sahibkarlar
və korporativ müştərilər üçün pərakəndə və biznes bankçılıq xidmətləri təqdim
edir. Bank müştərilərinə sadə, etibarlı və əlçatan maliyyə həlləri təklif
etməklə onların gündəlik ehtiyaclarına və gələcək planlarına dəstək olmağı
hədəfləyir.
Ətraflı məlumat üçün: www.afb.az
Məlumat Mərkəzi: 1545
Şərhlər