XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Avropada təbii qaz tələbi artır: Qlobal LNG ticarəti 5 faiz böyüdü
Dünya17:22 10.06.2026

Avropada təbii qaz tələbi artır: Qlobal LNG ticarəti 5 faiz böyüdü

Qlobal mayeləşdirilmiş təbii qaz (LNG) ticarəti 2025-ci ildə Avropadan gələn güclü tələbat və Atlantik hövzəsində yeni təchizatların formalaşması fonunda ötən illə müqayisədə 5 faiz artaraq 428 milyon tona çatıb.
Qaynarinfo müxbirinin Beynəlxalq LNG İdxalçıları Birliyinin (GIIGNL) illik hesabatlarına istinadən xəbər verir ki, 2025-ci il LNG bazarında ticarət həcmlərinin artdığı, infrastruktur investisiyalarının sürətləndiyi və tələbin daha çox regional xarakter aldığı bir il olub.
Qlobal LNG ticarəti Avropada güclü bərpa, Atlantik hövzəsində yeni təchizat mənbələrinin yaranması və bazarın yenidən formalaşması ilə 2025-ci ildə 5 faiz artaraq 428 milyon tona yüksəlib.
Avropanın LNG idxalı 2025-ci ildə əvvəlki illə müqayisədə 29 faiz artaraq 126 milyon tona çatıb və qlobal artımın əsas hərəkətverici qüvvəsinə çevrilib. Orta Şərq və Afrikanın idxalı isə 69 faiz artaraq 18,2 milyon tona yüksəlib. Eyni dövrdə Asiyanın idxalı 4 faiz azalaraq 271 milyon tona düşüb. Şimali və Cənubi Amerika üzrə idxal isə 17 faiz azalaraq 12,3 milyon tona enib.
Qlobal LNG idxalında tələbin 63 faizi Asiyanın, 30 faizi Avropanın, 4 faizi Orta Şərq və Afrikanın, 3 faizi isə Amerika qitəsinin payına düşüb.
Avropada LNG idxalının artması boru kəməri qaz tədarükünün azalması, aşağı ehtiyat səviyyələri və elektrik sektorunda yüksək tələblə izah olunur. Orta Şərq və Afrikada isə əsas artım Misin LNG idxalına qayıdışı ilə bağlıdır.
Asiyada azalma əsasən Çinin LNG idxalındakı 15 faizlik geriləmə ilə əlaqələndirilir. Yaponiya və Hindistanda da azalma qeydə alınıb, Cənubi Koreyada isə artım müşahidə olunub.
Amerika qitəsində isə hidroenerji bərpası və boru kəməri qazının əlçatanlığı LNG istehlakını azaldıb.
2025-ci ildə qlobal mayeləşdirmə gücü 524 milyon tona, regazifikasiya gücü isə 1,247 milyard tona yüksəlib. Yeni terminallar və FSRU layihələri Avropa, Asiya və Orta Şərqdə bazarı dəstəkləyib.
LNG daşıma gəmilərinin sayı 2025-ci ildə 899-a çatıb, orta tutum isə artıb. Qlobal LNG daşıma gücü də əhəmiyyətli dərəcədə yüksəlib.
Aydın