Ölkənin aparıcı banklarından biri olan Bank Respublika, 2026-cı ilin
birinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb. Hesabat dövrünün yekunlarına əsasən,
Bank əsas maliyyə istiqamətləri üzrə dayanıqlı inkişaf dinamikasını qoruyub
saxlayaraq bazardakı lider mövqelərini daha da gücləndirib.
Əldə olunan nəticələr müştəri yönümlü yanaşmanın gücləndirilməsi, rəqəmsal
imkanların genişləndirilməsi və risklərin effektiv idarə olunmasına əsaslanan
dayanıqlı biznes modelinin ardıcıl tətbiqinin məntiqi nəticəsidir.
Belə ki, Bank ötən ilin müvafiq dövrü ilə müqayisədə əsas maliyyə
göstəricilərində artım əldə edərək nəzərəçarpacaq müsbət dinamika nümayiş
etdirib.
2026-cı ilin birinci rübü üzrə əsas maliyyə göstəriciləri:
·Aktivlər 18% artaraq 2,64 mlrd manat təşkil
edib;
·Məcmu kapital 13,5%
artaraq 264,05 mln manatolub;
·Kredit portfeli 9%
artaraq 1,64 mlrd manattəşkil edib;
·Xalis faiz gəlirləri 15,2%
artaraq 47,2 mln manatolub;
·Xalis əməliyyat mənfəəti 22,7%
artaraq 22,4 mln manatsəviyyəsinə çatıb;
·Xalis mənfəət 17,7%
artaraq 17,03 mln manattəşkil edib.
·Depozit portfeli 1,2 mlrd manat olmuşdur ki, bu da ölkə bankları arasında ən
yüksək göstəricilərdən biridir.
Maliyyə
sabitliyinin mühüm göstəriciləri:
·I dərəcəli
kapitalın adekvatlıq əmsalı - 10,15% (norma 6,5%)
·Məcmu
kapitalın adekvatlıq əmsalı - 13,23% (norma 12,5%)
·Leverec əmsalı - 7,57% (norma 5%)
·Qeyri-işlək kreditlərin bankın ümumi kredit portfelindəki payı - 0,77% təşkil edib, bu isə bank sektorunda ən aşağı göstəricilərdən biridir.
Qeyd etmək
lazımdır ki, 2026-cı ilin birinci rübü ərzində Bank
Respublika, müştəri xidmətinin keyfiyyətini artırmaq və məhsul çeşidini genişləndirmək
məqsədilə bir sıra strateji təşəbbüsləri uğurla həyata keçirib. Xüsusilə rəqəmsal
transformasiya sahəsində atılan addımlar, bank xidmətlərinin əlçatanlığını və
operativliyini əhəmiyyətli dərəcədə artırıb.
📌 Daha
ətraflı məlumat üçün:
🌐 Veb
sayt: www.bankrespublika.az
📱 Sosial
şəbəkələr: 🔵 Facebook | 📸Instagram | 🔗LinkedIn | 📨 Telegram
📞 Çağrı
Mərkəzi: 144
Şərhlər