Bank Respublika Oxbridge Akademiyasında məktəblilər üçün maliyyə savadlılığı tədbiri keçirib
Bank
Respublika maliyyə savadlılığının artırılması istiqamətində həyata keçirdiyi təşəbbüsləri
davam etdirərək, Qlobal Pul Həftəsi (Global Money Week) çərçivəsində Bakıda
yerləşən Oxbridge Akademiyasında məktəblilər üçün maarifləndirici tədbir təşkil
edib.
Tədbirin
əsas məqsədi şagirdlərə maliyyə savadlılığının əsas prinsiplərini aşılamaq,
onlarda düzgün maliyyə davranışı formalaşdırmaq və gələcəkdə daha məsuliyyətli
maliyyə qərarları qəbul etmələrinə dəstək olmaqdır.
Tədbir
çərçivəsində Bank Respublikanın mütəxəssisləri tərəfindən məktəblilərə pulun
idarə olunması, büdcə planlaşdırılması, qənaət vərdişlərinin formalaşdırılması,
rəqəmsal ödənişlər və kibertəhlükəsizlik mövzularında interaktiv təqdimatlar
keçirilib. İştirakçılar gündəlik həyatda qarşılaşa biləcəkləri maliyyə
situasiyaları üzərindən praktiki nümunələrlə məlumatlandırılıb, sualları ətraflı
şəkildə cavablandırılıb.
Tədbirin
interaktiv hissəsi çərçivəsində təşkil olunan viktorinada sualları düzgün
cavablandıran məktəblilər Bank Respublika tərəfindən dəyərli hədiyyələrlə
mükafatlandırılıb.
Qeyd
edək ki, Qlobal Pul Həftəsi İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Maliyyə
Savadlılığı üzrə Beynəlxalq Şəbəkəsi (OECD/INFE) tərəfindən hər il keçirilən
beynəlxalq təşəbbüsdür. Bu təşəbbüsün əsas məqsədi uşaqların və gənclərin
maliyyə savadlılığını artırmaqdır. Bank Respublika da bu təşəbbüsə qoşularaq
ölkədə maliyyə maarifləndirilməsi istiqamətində aktiv fəaliyyət göstərir.
Bank
Respublika bundan sonra da gənc nəslin maliyyə biliklərinin artırılmasına yönəlmiş
layihələri davam etdirməyi planlaşdırır.
#GlobalMoneyWeek2026
#GMW2026 #SmartMoneyTalks #MaliyyəSavadlılığı
Şərhlər