Bank Respublika Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlər təqdim edəcək
Ölkənin aparıcı banklarından biri olan Bank Respublika və Enerji Məsələlərini
Tənzimləmə Agentliyi (EMTA) arasında müvəkkil kredit təşkilatı vasitəsilə
Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsinə
dair əməkdaşlıq müqaviləsi imzalanıb.
Müqaviləni "Bank Respublika” ASC-nin İdarə Heyətinin sədrinin müavini
Elnur Həsənov və EMTA-nın İdarə Heyətinin sədr müavini Rövşən İsmayılov və
imzalayıblar.
İmzalanma mərasimində Rövşən İsmayılov Fondun fəaliyyət istiqamətindən
danışıb və bildirib ki, banklarla əməkdaşlıq vasitəsilə Fondun vəsaiti hesabına
enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsinin təşviqi məqsədilə
güzəştli kreditlər veriləcək. O, Bank Respublika ilə əməkdaşlıqda həyata
keçiriləcək enerji səmərəliliyi layihələrinin uğurlu olacağına ümidvar olduğunu
qeyd edib.
Elnur Həsənov qarşılıqlı əməkdaşlıqda Fondun yaratdığı imkanlar
hesabına enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsində maraqlı
olduqlarını bildirib. Əməkdaşlıq müqaviləsi çərçivəsində bu istiqamətdə layihələrin
dəstəklənməsində mümkün perspektivləri diqqətə çatdırıb.
Qeyd edək ki, Enerji effektivliyi fondu Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin 1 mart 2024-cü il tarixli Fərmanı ilə yaradılıb.
Fondun vəsaitlərinin idarə olunmasını Enerji Məsələlərini Tənzimləmə Agentliyi
(EMTA) həyata keçirir. EMTA Azərbaycan Respublikası Prezidentinin 22 dekabr
2017-ci il tarixli Fərmanı ilə Energetika Nazirliyinin tabeliyində publik
hüquqi şəxs statusu ilə yaradılıb.
📌 Daha ətraflı məlumat üçün:
🌐 Veb sayt: www.bankrespublika.az
📱 Sosial şəbəkələr: 🔵 Facebook | 📸 Instagram | 🔗 LinkedIn| 📨 Telegram
📞 Çağrı Mərkəzi: 144
Şərhlər