XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Daha bir ulduz Səudiyyə Ərəbistanını seçdi
İdman07:39 29.06.2023

Daha bir ulduz Səudiyyə Ərəbistanını seçdi

Səudiyyə Ərəbistanının Birinci Futbol Liqası komandalarından olan "Əl-Əhli” seneqallı qapıçı Eduard Mendini transfer edib.
Qaynarinfo-nun məlumatına görə, bu barədə ərəb klubu elan verib. Açıqlamada İngiltərə təmsilçisi "Çelsi"dən transfer edilən 31 yaşlı qolkiperlə 3 illik müqavilə imzalandığı qeyd olunub.
"Çelsi"nin heyətində 105 oyun keçirən Mendi 2020-21 mövsümündə UEFA Çempionlar Liqasının qalibi olub.
Eyni ildə Seneqalın heyətində Afrika Millətlər Kubokunu qazanan təcrübəli qolkiper UEFA və FİFA tərəfindən ilin qapıçısı adına layiq görülüb.
Səbuhi Həsənov