XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Şenol Günəş istefaya göndərildi
İdman18:35 10.03.2025

Şenol Günəş istefaya göndərildi

Türkiyənin "Trabzonspor” komandasının baş məşqçisi Şenol Günəş istefaya göndərilib.
Qaynarinfo xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Məlumatda qeyd olunur ki, komandanın uğursuz çıxışlarından sonra dəyişiklik edilməsi zərurəti ortaya çıxıb. Təcrübəli mütəxəssislə qarşılıqlı razılaşma əsasında yollar ayrılıb.
Klubdan artıq yeni baş məşqçi axtarışlarına başlanıldığı da bildirilib.
Qeyd edək ki, Şenol Günəş mövsümün əvvəlində "Trabzonspor”un baş məşqçisi təyin olunmuşdu.