XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Füsunkar təbiətin suya qovuşduğu yerdən reportaj (FOTO/VİDEO)
Ekonomiks12:52 21.10.2023

Füsunkar təbiətin suya qovuşduğu yerdən reportaj (FOTO/VİDEO)

Tərtər rayonunun Suqovuşan qəsəbəsi Qarabağın ən gözəl guşələrindəndir. Əhatəsindəki dağlar, Tərtərçayı və su anbarı buraya xüsusi gözəllik verir.
Burada artıq Turizm İnformasiya Bürosu inşa olunub, sahilboyu park salınıb, oturacaq­lar, söhbətgahlar quraşdırılıb, ictimai iaşə obyekti yaradılıb, avtodayanacaq tikilib.
Ərazinin dağ iqlimi, füsunkar, gözəl təbiət mənzərələri, tarixi abidələri, su anbarı, eləcə də, Tərtər və Naftalandan qəsəbəyə gələn avtomobil yollarının ye­nidən qurulması Suqovuşanın tezliklə turizm məkanı kimi şöhrət qazanacağını şərtləndirir.
Xatırladaq ki, Tərtər rayonunun Suqovuşan qəsəbəsi 2020-ci ilin oktyabr ayının 3-də erməni işğalından azad olunub.
Qeyd edək ki, yol infrastrukturunun yenidən qurulması, Suqovuşanda turizm obyektlərinin tikilməsi bu coğrafiyada əlavə biznes sahələrinin yaradılmasına da öz müsbət təsirini göstərəcək, sahib­karların investisiya yatırması üçün əlve­rişli şərait yaradacaq.
Trend-in əməkdaşının Suqovuşandan hazırladığı fotoreportajı təqdim edirik: