XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Mahir Emreli qol vurdu, "Dinamo" məğlubiyyətdən xilas oldu
İdman16:43 05.11.2023

Mahir Emreli qol vurdu, "Dinamo" məğlubiyyətdən xilas oldu

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiyanın "Dinamo" klubunda növbəti qolunu vurub.
Qaynarinfo-nun məlumatına görə, 26 yaşlı hücumçu səfərdə "Varazdin"ə qarşı keçirdikləri çempionatın XIV tur matçında fərqlənib.
75-ci dəqiqədə oyuna daxil olan Emreli 90+5-ci dəqiqədə Zaqreb təmsilçisini məğlubiyyətdən xilas edib.
Bu, onun cari mövsüm "Dinamo"da beşinci qoludur.
Qeyd edək ki, görüş 1:1 hesabı ilə yekunlaşıb.