XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Mahirin transfer qiyməti artdı - 1 milyon avro
İdman14:17 26.06.2025

Mahirin transfer qiyməti artdı - 1 milyon avro

Almaniyanın tanınmış "Transfermarkt” portalı Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin transfer dəyərini yeniləyib.
Bir müddət əvvəl Almaniyanın 2-ci Bundesliqa təmsilçisi olan "Kayzerslautern”ə keçən 28 yaşlı hücumçunun qiyməti 200 min avro artıb.
Hazırda onun transfer dəyəri 1 milyon avro (təxminən 1,97 milyon manat) qiymətləndirilir.
Qeyd edək ki, Mahir Emreli başa çatan mövsümü "Nürnberq”də keçirmişdi.//Qafqazinfo