XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Nəriman Axundzadə ABŞ-da darmadağına şahid oldu
İdman09:53 11.05.2026

Nəriman Axundzadə ABŞ-da darmadağına şahid oldu

ABŞ MLS liqasında 12-ci turun oyunları keçirilir.
Qaynarinfo xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Nəriman Axundzadənin yer aldığı "Kolambus Kryu” növbəti oyununa çıxıb. 
Sözügedən komanda səfərdə "Nyu York Siti" ilə qarşılaşıb. 
Meydan sahiblərinin 3:0 hesabı ilə qalib gəldiyi matçda Nəriman oyuna 79-cu dəqiqədə, bütün qollar vurulduqdan sonra qoşulub.
Hazırda 12 oyundan sonra hesabında 12 xal olan "Kolumbus Kryu” turnir cədvəlində 12-ci pilləsində mövqe tutub.