XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

“Qarabağ”ın prezidenti sığınacaqdakı azarkeşlə görüşdü
İdman18:33 14.12.2025

“Qarabağ”ın prezidenti sığınacaqdakı azarkeşlə görüşdü

"Qarabağ”ın prezidenti Tahir Gözel UEFA Çempionlar Liqasının VI turunda "Qarabağ” – "Ayaks” oyununu Qadın və Uşaq Sığınacağında təkbaşına izləyən azyaşlı azarkeş Əkbər Zülfüqarovla görüşüb.
Qaynaringo xəbər verir ki, bu barədə Ağdam klubunun rəsmi saytında məlumat verilib.
"Qarabağ" - "Araz-Naxçıvan" oyunundan öncə klubun bazasında baş tutan görüş zamanı Tahir Gözel Əkbərlə söhbətləşib, onun oyunla bağlı təəssüratlarını dinləyib. Sonda klub prezidenti azyaşlı azarkeşimizə rəsmi formanı təqdim edib.