XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Qətər 2022 üçün indiyə qədər satılan biletlərin sayı açıqlandı
İdman10:14 18.10.2022

Qətər 2022 üçün indiyə qədər satılan biletlərin sayı açıqlandı

Gələn ay Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatı üçün indiyədək satılan biletlərin sayı açıqlanıb. 
Qaynarinfo xəbər verir ki, yarışöncəsi satılan biletlərin sayının 3 milyona yaxınlaşdığı bildirilir. FİFA-nın açıqlamasına görə noyabrın 20-də start götürəcək və ərəb dünyasında ilk dəfə keçiriləcək turnirə tələbat yüksəkdir. 
FİFA prezidenti Canni İnfantino: "Mən həmişə deyirəm ki, Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatı bütün dövrlərin ən yaxşısı olacaq. Dünya həyəcanlıdır. Qətər hazırdır. İş görülüb. Gəlin birlikdə ən yaxşı turnirə hazır olaq" - sözlərini işlədib. 
Dünya Çempionatına hazırlıqla bağlı təşkilatçılar tərəfindən Qətərin paytaxtı Dohada sıx maraq səbəbindən əlavə 30 min otel otağının da hazırlandığı bildirilib.
Həmçinin bu günə qədər 2,89 milyon biletin satıldığı turnirə ən çox tələbatın ABŞ, Səudiyyə Ərəbistanı, İngiltərə, Meksika, Birləşmiş Ərəb Əmirlikləri, Argentina, Fransa, Braziliya və Almaniyadan olduğu açıqlanıb.
Səbuhi Həsənov