Rabitəbank fəaliyyətinin 33 illiyini
müştəriləri üçün xüsusi kampaniya ilə qeyd edir. Bank yubiley münasibətilə
təqdim etdiyi "30+3" Lombard kampaniyası çərçivəsində Lombard
krediti üzrə komissiya haqqına 30%-dək,
kredit faizinə isə 3%-dək endirim imkanı yaradır.
"30+3"
kampaniyası qızıl-zinət əşyalarını girov qoyaraq sürətli maliyyə vəsaiti əldə
etmək istəyən müştərilər üçün daha sərfəli kredit şərtləri təqdim edir.
Kampaniya çərçivəsində tətbiq olunan endirimlər kreditdən daha əlverişli
şərtlərlə yararlanmağa imkan verir.
Bukampaniya 29 iyun – 31 iyul 2026-cı il tarixlərində qüvvədə olacaq. Müştərilər
kampaniya müddətində 70 000 AZN-dək məbləğdə və 48 ayadək müddətə Lombard
krediti əldə edə bilərlər. Bu zaman komissiya haqqına 30%-dək, kredit faizinə isə 3%-dəkendirim tətbiq olunur.
Ətraflı məlumat və kampaniyadan
faydalanmaq üçün linkə keçid edə bilərsiniz.https://rbt.az/33-lmbrd
33 illik fəaliyyətini qeyd edən Rabitəbank müştərilərinin
maliyyə ehtiyaclarına uyğun innovativ və sərfəli həllər təqdim etməyə davam
edir. Yubiley münasibətilə həyata keçirilən kampaniyalar bankın müştəriyönümlü
yanaşmasının və uzunmüddətli etibarlı tərəfdaşlıq prinsipinin növbəti
nümunəsidir.
Məlumat üçün bildirək
ki, "Rabitəbank” ASC 1993-cü ildən etibarən fəaliyyət göstərir və "Rahat
bankçılıq” konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri
təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş
filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə Rabitəbank
müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları
"Azərbaycan Banklar Assosiasiyası”nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və
iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.
Hal-hazırda "Rabitəbank”
ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i,
"Rabita Mobile”, "Rabita Junior” və "Rabita Business” tətbiqləri, İnternet
Bankçılıq platforması və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən
müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.
Şərhlər