XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Ronaldonun klubuna transfer qadağası qoyuldu
İdman12:03 12.07.2023

Ronaldonun klubuna transfer qadağası qoyuldu

Kriştiano Ronaldonun komandası "Al-Nassr"a transfer qadağası qoyulub.
Qaynarinfo-nun məlumatına görə klub Əhməd Musanın transferi ilə bağlı problemlər üzündən bu yay heyətinə başqa futbolçu cəlb edə bilməyəcək. "Daily Mirror"un məlumatına görə , buna səbəb ərəb klubunun 2018-ci ildə 16 milyon avroya transfer edilən Musa üçün "Lester"ə ödənilməli olan məbləğin verilməməsidir.
Futbolçu "Al-Nassr"la titul qazansa da 2020-ci ildə komandadan göndərilib və hazırda Türkiyə Superliqası təmsilçisi "Sivasspor"da çıxış edir.
FİFA, "Al-Nasr"ın "Lester"ə borclu qaldıqları 390.000 funt-sterlinqin ödənilmədiyi haqda qərar vermişdi. Ərəb klubuna 2021-ci ilə qədər vaxt verilsə də ödəniş həyata keçirilməmişdi.
Səbuhi Həsənov