XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Turizm Agentliyi bu reklama 1,4 milyon xərcləyəcək
Ekonomiks11:59 22.04.2026

Turizm Agentliyi bu reklama 1,4 milyon xərcləyəcək

Dövlət Turizm Agentliyi Türkiyənin "Mediaport Reklamcılık A.Ş.” şirkəti ilə satınalma müqaviləsi bağlayıb.
Yeniavaz.com xəbər verir ki, Agentlik müqaviləni tender müsabiqəsi keçirmədən, bir mənbədən satınalma metodu əsasında imzalayıb.
Qeyd edək ki, Agentlik İstanbul Hava Limanında təbliğat xarakterli məlumatların yerləşdirilməsi xidmətinin satın alınmasına görə "Mediaport Reklamcılık A.Ş.” şirkətinə 1 milyon 397 min 453 manat 4 qəpik ödəyəcək.