Rusiyanın qadınlardan ibarət futbol millisi 2020-ci il Avropa çempionatı və gələn il keçiriləcək dünya çempionatı seçmə mərhələsində iştirak etməkdən uzaqlaşdırılıb.
Qaynarinfo "Aljazeera” saytına istinadən xəbər verir ki, bu barədə UEFA-dan
bildirilib.
6-31 iyulda İngiltərədə baş tutacaq Avropa çempionatında Rusiyanı seçmə mərhələdə qalib gəldiyi Portuqaliya millisi əvəz edəcək.
UEFA həmçinin Rusiyanın 2028 və 2032 kişilər arasında futbol üzrə Avropa çempionatına ev sahibliyi etmək şansını da itirdiyini bildirib.
Rusiyanın futbol klubları 2022/23 mövsümündə Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında da iştirak etməyəcək.
Bundan əlavə, Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibədən həmən sonra UEFA və FIFA bu ölkənin milli komandaları və klublarının beynəlxalq yarışlarda iştirakını qadağan edib.
Nurlan
Şərhlər