XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

19 yaşlı tennisçi ikinci dəfə "Barcelona Open"i qazandı
İdman07:03 24.04.2023

19 yaşlı tennisçi ikinci dəfə "Barcelona Open"i qazandı

İspaniyalı tennisçi Karlos Alkaras Barselona Açıq Çempionatında (Barselona Open) ardıcıl ikinci titulunu qazanıb.
Qaynarinfo-nun məlumatına görə, Alkaras öz ölkəsində növbəti dəfə çempion olub. Barselona şəhərində keçirilən turnirin finalında Alkaras yunan tennisçi Stefanos Tsitsipasla qarşılaşıb. 1 saat 18 dəqiqə davam edən mübarizədən sonra rəqibini 2:0 hesabı (6:3, 6:4) ilə məğlub edən Alkaras kubokun qalibi adını qazanıb.
Bu onun "Barcelona Open”də ardıcıl ikinci qələbəsi olub. Turnirdə ikinci dəfə zirvəyə yüksələn 19 yaşlı tennisçi karyerasında 9-cu dəfə ATP yarışlarının qalibi olub.
Alkaras və Tsitsipas, serbiyalı Novak Cokoviç və ispaniyalı Rafael Nadalın zədə üzündən iştirak edə bilməyəcəyi "Madrid Open ATP 1000” turnirində "səpələnmişlər" sırasında olacaq.
Səbuhi Həsənov