XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

1991-ci ildə yaradılan qapalı dünyada oksigen niyə yoxa çıxdı?
Dünya14:27 26.05.2026

1991-ci ildə yaradılan qapalı dünyada oksigen niyə yoxa çıxdı?

1991-ci ildə səkkiz nəfər ABŞ-ın Arizona səhrasında yerləşən hermetik şüşə konstruksiyaya daxil olaraq tam izolyasiya olunmuş ekosistemdə iki il yaşamağa başlayıb. Lakin zamanla bu "qapalı dünya”da oksigen səviyyəsi tədricən azalıb.
Qaynarinfo "Space Daily" nəşrinə istinadən xəbər verir ki, söhbət "Biosphere 2” layihəsindən gedir - Orasle şəhəri yaxınlığında yerləşən, təxminən 3 akr sahəni əhatə edən nəhəng şüşə kompleksdən. Qurğu daxilində beş fərqli ekosistem yaradılmışdı: tropik meşə, okean və mərcan rifi, manqrov bataqlığı, savanna və səhralıq. Bundan əlavə, ekipajın öz qidasını yetişdirdiyi kənd təsərrüfatı zonası da mövcud idi.
Dörd kişi və dörd qadından ibarət iştirakçılar, "biosferianlar” adlandırılırdı və tam izolyasiya şəraitində yaşamalı idilər. Xarici dünya ilə heç bir əlaqə və tədarük nəzərdə tutulmamışdı.
Layihənin məqsədi qapalı ekosistemlərin necə işlədiyini öyrənmək və gələcəkdə kosmosda yaşayış mühitləri yaratmaq üçün məlumat toplamaq idi.
Oksigen hara yox oldu?
Başlanğıcda sistemdə oksigen səviyyəsi normal idi — 21%. Lakin aylar keçdikcə bu göstərici düşməyə başladı və 14%-ə qədər enib. Bu isə dəniz səviyyəsindən təxminən 4 km yüksəklikdəki şəraitə bənzəyirdi və iştirakçılarda yorğunluq və nəfəs darlığı yaradıb.
Ən böyük sual isə bu idi: oksigen azalıb, amma karbon qazı gözlənildiyi qədər artmayıb.
Araşdırmalar iki əsas səbəbi ortaya çıxardı. Birincisi, torpaqda çoxlu orqanik maddə və mikroorqanizmlər var idi. Bu mikroblar oksigeni sürətlə istifadə edir, karbon qazı istehsal edirdi. Bitkilər isə bu itkini kompensasiya edə bilmirdi.
İkincisi, kompleksdəki beton konstruksiyalar karbon qazını udurdu. Tam sərtləşməmiş beton CO₂-ni öz strukturuna bağlayaraq onu atmosferdən "çıxarırdı”.
Ekipaj üzvü Mark Nelson daha sonra qeyd etmişdi ki, oksigen səviyyəsi aylar ərzində yavaş-yavaş azalırdı və səbəb uzun müddət anlaşılmırdı.
Birinci missiya iki il davam edərək 1993-cü ildə başa çatdı. İkinci cəhd 1994-cü ildə başlasa da, daxili problemlərə görə altı ay sonra dayandırılıb.
Hazırda "Biosphere 2” Arizona Universitetinin elmi mərkəzi kimi fəaliyyət göstərir və ekoloji tədqiqatlar üçün istifadə olunur, lakin artıq içərisində insan yaşanmır.
Aydın