XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Azərbaycan Ordusunun helikopterləri təlim keçirdi (VİDEO)
Ölkə07:58 19.08.2022

Azərbaycan Ordusunun helikopterləri təlim keçirdi (VİDEO)

Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri ilə təlimlər keçirilib.
Müdafiə Nazirliyindən Qaynarinfo-ya verilən məlumata görə, təlimin senarisinə uyğun olaraq bazalanma aerodromlarından uçuşlar edən helikopterlər poliqonlarda şərti düşmənin yer hədəflərini döyüş atışları ilə məhv ediblər.
Helikopter ekipajları tərəfindən təlimlər zamanı qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.