İnnovasiya
lideri Bakcell Novruz tətilində xaricə səfər edən abunəçilər üçün rouminq xidmətini
təqdim edir. Bakcell-in müştəriləri xaricdə olduqları müddətdə də rahat və
fasiləsiz ünsiyyət üçün müxtəlif rouminq paketlərindən yararlana bilərlər.
Səfərlər
zamanıabunəçilərin üstünlük verdiyi seçimlərdən biri "hamısı daxil”
rouminq paketləridir. Bu paketlər mobil internet, zəng və SMS xidmətlərini bir
arada təqdim edir. Həftəlik paketi aktivləşdirmək üçün *125*550# qısa kodunu
yığmaq kifayətdir.
Bakcell abunəçiləri
səfərə çıxmazdan əvvəl gedəcəkləri ölkəni seçərək həmin istiqamət üzrə mövcud
tariflər və rouminq paketləri ilə tanış ola bilərlər. Bu imkan istifadəçilərə səfərdən
əvvəl uyğun paketi müəyyən edərək mobil rabitə xərclərini daha effektiv
planlaşdırmağa kömək edir.
Abunəçilər ətraflı
məlumatı şirkətin rəsmi saytı, Bakcell tətbiqi
və Müştəri Xidmətləri mərkəzlərindən əldə edə bilərlər.
Bakcell
haqqında
Bakcell
Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət
üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri
ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından
biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın
dayanıqlı inkişafına töhfə verir.
Bakcell
müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti
sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər
qrupunun tərkibinə daxildir.
Şərhlər