XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Deputat: "Arzulayıram ki, amnistiya jurnalistlərə də şamil olunsun"
Ölkə11:14 16.12.2025

Deputat: "Arzulayıram ki, amnistiya jurnalistlərə də şamil olunsun"

"Amnistiya ilə bağlı nə qədər insan sevinəcək!".

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Aqil Abbas deyib. 
Deputat bildirib ki, bu, çox mühüm bir aktdır və insanların Yeni il qabağı sevincidir:
"Arzulayıram ki, bu, jurnalistlərə də şamil olunsun. Düzdür, günahları var, cinayətləri var. Amma müəyən bir cinayətləri bağışlamaq olar. Bir daha həbsdən çıxacaq dustaqları təbrik edirəm. Bir də ora qayıtmasınlar və cinayət törətməsinlər".
Qafqaz Rafiqoğlu