XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Gecə klubda əcnəbilərə hesab ödətdirmək istəyən qadınlar saxlanıldı
Ölkə14:56 14.05.2025

Gecə klubda əcnəbilərə hesab ödətdirmək istəyən qadınlar saxlanıldı

Bakıda gecə klubunda əcnəbilərə görə səs-küy salan xanımlar saxlanılıb. 
Qaynarinfo-nun məılumatına görə, 1997-ci il təvəllüdlü Lamiyə və 1998-ci il təvəllüdlü Esmira adlı xanımlar barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb. 
Məlum olub ki, ərəb ölkələrindən olan əcnəbi vətəndaşlarla tanış olan qadınlar Səbail rayonu, Sahil metrosunun yanında yerləşən klubda yeyib-içib və əyləniblər. Bundan sonra əcnəbi vətəndaşlar onları kluba aparan xanımlardan yeyib-içdiklərinə görə hesab ödənilməsini tələb ediblər. 
Xanımlar isə əksinə, hesabın əcnəbi vətəndaşlar tərəfindən ödənilməsini istəyiblər. Bundan sonra qadınlar klubun qarşısına keçərək küçədə səs-küy salmağa başlayıblar. 
Saxlanılan qadınlar sözügedən maddələrlə təqsirli bilinib və məhkəmə tərəfindən 200 manat məbləğində inzibati cərimə ediliblər. 
Aydın