XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Həvəskarlar arasında Azərbaycan çempionu müəyyənləşdi
İdman11:36 12.07.2022

Həvəskarlar arasında Azərbaycan çempionu müəyyənləşdi

Həvəskar komandalar arasında ölkə birinciliyinin qalibi məlum olub.
Azərbaycan Həvəskarlar Futbol Federasiyasından Qaynarinfo-ya verilən məlumata görə "Dalğa Arena”da həvəskar komandalar arasında 23-cu ölkə birinciliyinin final oyunu keçirilib. 
Həlledici oyunda Masallı təmsilçisi "Ərkivan” və Bakı klubu "Mübariz” qarşılaşıb. Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda daha 2 qol vuran "Ərkivan” yekunda 3:1 hesablı qələbə qazanaraq birinciliyin qalibi olub.
Final oyunundan sonra mükafatlandırma mərasimi təşkil olunub. Üçüncü pillənin sahibi "Lokomotiv” komandasına bürünc medallar və diplomlar, ikinci yerin sahibi "Mübariz” komandasına gümüş medallar və diplomlar təqdim olunub. Qalib komandaya qızıl medallar, diplomlar və kubok verilib. Mükafatları Azərbaycan Həvəskarlar Futbolu Federasiyasının prezidenti Rüfət Əmirov, vitse-prezident Rahib Əliyev, İcraiyyə Komitəsinin üzvü Nadir Əliyev və baş katib Füzuli Nəcəfov təqdim ediblər.
Daha əvvəl yarımfinalın qalibi "Çinar Zəngilan" finaldan imtina edib. Komandanın yerini "Mübariz Binə" kollektivi tutub.
Səbuhi Həsənov