XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"İçərişəhər" Muzey Mərkəzinə direktor təyin olundu
Ölkə16:34 04.06.2025

"İçərişəhər" Muzey Mərkəzinə direktor təyin olundu

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Muzey Mərkəzinə direktor təyin edilib.
Qaynarinfo xəbər verir ki, bu vəzifəyə Muzey işi sahəsinin mütəxəssisi və eksperti Azadə Hüseynova təyin olunub.
Qeyd edək ki, o 2005-ci ildən etibarən Mədəniyyət Nazirliyində uzun illər Muzey işi və mədəniyyət sərvətlərinə nəzarət şöbəsinin müdiri olub.
2021–2025-ci illərdə müxtəlif muzey layihələrinə rəhbərlik etmiş və ekspert qismində iştirak edib.