XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Millimiz FİFA reytinqində bir pillə irəlilədi
İdman13:11 15.02.2024

Millimiz FİFA reytinqində bir pillə irəlilədi

FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. 
 
Qaynarinfo-nun məlumatına görə, sonuncu açıqlanmış reytinq cədvəli ilə müqayisədə Azərbaycan milli komandası bir pillə irəliləyib.
Millimiz 1174 xalla 113-cü yerdə qərarlaşıb. 
UEFA Millətlər Liqasındakı rəqiblərimizdən İsveç (1531,13) 26-cı, Slovakiya (1465,73) 48-ci, Estoniya (1148,76) 123-cüdür.
Siyahıya son dünya çempionu Argentina (1855.2) başçılıq edir. Fransa (1845,44) ikinci, İngiltərə (1800,05) üçüncüdür.
Səbuhi Həsənov