XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Nadal Avstraliya Açıqda bu səbəbə görə uduzub
İdman10:17 19.01.2023

Nadal Avstraliya Açıqda bu səbəbə görə uduzub

Avstraliya Açıq çempionatında zədələnən Rafael Nadal xeyli müddət korta çıxmayacaq.
Qaynarinfo-nun məlumatına görə mövsümün ilk möhtəşəm tennis turniri olan Avstraliya Açıq çempionatında sol ayağından aldığı zədə səbəbindən 2-ci turda mübarizəni dayandıran son çempion 6-8 həftə kortlardan uzaq qalacağını açıqlayıb.
36 yaşlı ispan bu bəd xəbəri sosial media hesabı vasitəsilə yayıb. O, məğlubiyyətdən sonra tibbi müayinələrdən keçdiyini və normal sağalma müddətinin 6-8 həftə olduğunu elan edib.
Mövsümün ilk böyük dəbilqə tennis turniri olan Avstraliya Açıq çempionatında Nadal 2-ci raundda mübarizədən kənarlaşdırılıb.

Səbuhi Həsənov