XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Novruzda əfv olmayacaq, iclaslar davam edir" - Komissiya üzvü
Ölkə12:04 14.03.2025

"Novruzda əfv olmayacaq, iclaslar davam edir" - Komissiya üzvü

Əfv Məsələləri Komissiyasının iclaslarının vaxtı uzadılıb.
Bu barədə Qaynarinfo-ya açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib. 
O, iclasların may ayına kimi davam edəcəyini söyləyib:

"Komissiyanın iclasları hələ davam edir, müraciətlər hədsiz çoxdur. May ayı da daxil olmaqla komissiyanın iclasları davam edəcək". 
Əliməmməd Nuriyev bu günə kimi yüzlərlə müraciətə baxıldığını xatırladıb. 
Bahar Rüstəmli