XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Qvardioladan rekord
İdman07:54 20.04.2023

Qvardioladan rekord

Çempionlar Liqasında yarımfinala vəsiqə qazanan "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola tarixi ilkə imza atıb. 
Qaynarinfo-nun məlumatına görə, 1/4 finalda "Bavariya"nı məğlubiyyətə uğradan ingilis komandasının baş məşqçisi 100 qələbəyə ən tez çatan mütəxəssis olub (1580 oyunda 100 qələbə). Bununla yanaşı Qvardiola 10 dəfə ÇL-in finalına çıxan yeganə məşqçi ünvanını qoruyub saxayır. 
Qvardiola oyundan sonra açıqlamasında yarımfinalda üz-üzə gələcəkləri "Real"ı keçməyin vacibliyini vurğulayıb: "Məncə, hər klub Çempionlar Liqasının qalibi olmaq üçün "Real"ı məğlub etməlidir. Bu, əvvəl "Barsa"ya aid idi, indi isə "Real"dır".
Səbuhi Həsənov