XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Sərdar Cəlaloğlunun partiyasına 100 kv.m-lik ofis verildi
Siyasət13:45 08.04.2024

Sərdar Cəlaloğlunun partiyasına 100 kv.m-lik ofis verildi

Azərbaycan Demokrat Partiyası ofislə təmin edilib.
Bu barədə Qaynarinfo-ya sözügedən partiyanın sədr müavini Taliyət Əliyev məlumat verib. 
Onun sözlərinə görə, partiya digər partiyaların yerləşdiyi, yəni "Lider" televiziyasının binasında ofislə təmin olunub:
"Bizdə olan məlumata görə, ADP-yə təxminən 100 kv.m sahə ayrılıb. Bayramdan sonra ofisə baxış keçirəcəyik".
Qeyd edək ki, ADP-nin sədri Sərdar Cəlaloğludur. 
Bahar Rüstəmli