XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Vilayət Eyvazov deputatın oğlunu bu bölməyə rəis təyin etdi (FOTO)
Ölkə06:32 05.06.2023

Vilayət Eyvazov deputatın oğlunu bu bölməyə rəis təyin etdi (FOTO)

Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinə yeni rəis təyin edilib.
"Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, rəis vəzifəsinə polis polkovnik-leytenantı Tuncay Abbasov təyinat alıb.
Qeyd edək ki, Tuncay Abbasov deputat Aqil Abbasın oğludur. O bu təyinatadək Binəqədi RPİ-nin 7-ci polis bölməsinin rəisi olub.