XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Prezidenti hakim partiyanın rəhbərliyindən azad edildi
Dünya13:14 19.11.2017

Prezidenti hakim partiyanın rəhbərliyindən azad edildi

Zimbabve prezidenti Robert Muqabe Zimbabve hakim "Afrika Milli İttifaqı-Vətənpərvərlik Cəbhəsi" Partiyasının ("Zanu-PF") rəhbəri vəzifəsindən kənarlaşdırılıb.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Muqabeni sabiq prezident köməkçisi Emmerson Mnanqaqva əvəzləyəcək. Prezidentlə birlikdə həyat yoldaşı Qreys Muqabe də partiyadan kənarlaşdırılıb.
Prezident Muqabe ötən həftə köməkçisi Emmerson Mnanqaqvanı vəzifəsindən azad etmiş, həyat yoldaşını hakim "Zanu-PF" partiyasının rəhbəri, dolayı yolla prezident vəzifəsinə təklif etmişdi. Bu qərardan sonra Emmerson Mnanqaqvanı dəstəkləyən ordu hərbi çevrilişə cəhd etmişdi. Lakin dövlət televiziyasını ələ keçirən ordu yayımlanan bildirişdə bunun çevriliş cəhdi olmadığını qeyd etmişdi.
Muqabe ailəsi bu günə qədər ev həbsində saxlanılırdı. Bu gün Robert Muqabe ilə ordunun vəzifəli şəxslərinin görüşü gözlənilirdi.
Gülşən
Qaynarinfo.Az