XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

60 yaşlı fransalı diplomat 30 gənc qadını iqamətgahına gətirib - Araşdırma başladı
Dünya17:07 12.08.2026

60 yaşlı fransalı diplomat 30 gənc qadını iqamətgahına gətirib - Araşdırma başladı

Fransanın Mərkəzi Afrika Respublikasındakı səfiri seks qalmaqalının mərkəzinə düşüb

Fransanın Mərkəzi Afrika Respublikasındakı (MAR) səfiri Brüno Fuşe rəsmi iqamətgahına mütəmadi olaraq çoxsaylı gənc qadınları dəvət etdiyi üçün intizam araşdırmasına cəlb olunub.

Qaynarinfo xəbər verir ki, bu barədə Fransanın Xarici İşlər Nazirliyinin yoxlamasının nəticələri ilə tanış olan “Le Canard enchaîné” həftəliyi məlumat yayıb.

Nəşrin məlumatına görə, 2024-cü ilin yanvarından 2026-cı ilin martına qədər 65 yaşlı səfir 20-30 yaş arasında olan təxminən 30 qadını iqamətgahına gətirib. Onlardan bəziləri gecəni də orada keçirib.

Diplomatın davranışı təhlükəsizlik protokolunun mümkün pozulması ilə bağlı Fransanın Xarici İşlər Nazirliyində narahatlıq yaradıb. Nazirlik araşdırmanın aparıldığını təsdiqləyib. Aprel ayında yoxlama keçirilib, nəticələr əldə edildikdən sonra isə hələ başa çatmayan intizam proseduruna başlanılıb.

Banqidə aparılan yoxlamanın hesabatına əsasən, hər ay bu cür təxminən 15 ziyarət qeydə alınıb. Fuşenin özü dəvət etdiyi qadınlardan ikisi ilə intim münasibətdə olduğunu etiraf edib.

“Le Monde” qeyd edir ki, qalmaqal Fransanın son illərdə Rusiyanın təsirinin əhəmiyyətli dərəcədə gücləndiyi keçmiş müstəmləkəsi ilə münasibətləri yaxşılaşdırmağa çalışdığı həssas bir dövrə təsadüf edir.

Aydın