Bu ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib.
Dövlət Statistika Komitəsindən Qaynarinfo-ya bildirilib ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,6 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 2,2 faiz artıb.
ÜDM istehsalının 34,5 faizi sənaye, 10,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5 faizi tikinti, 2,9 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2 faizi informasiya və rabitə sahələrinin, 21,9 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,7 faizini təşkil edib.
Bu dövrdə informasiya və rabitə sahələrində əlavə dəyər real ifadədə 10,4 faiz, nəqliyyat və anbar təsərrüfatı sahələrində 7,1 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 3,8 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 3,5 faiz, digər xidmət sahələrində 1,2 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 2,8 faiz, sənayedə 0,5 faiz artıb, tikintidə isə 9,4 faiz azalıb.
Şərhlər