XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

70 yaşı tamam olan Xalq artisti özünə nə arzuladı?
Sənət07:26 07.04.2023

70 yaşı tamam olan Xalq artisti özünə nə arzuladı?

Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Kazım Abdullayevin 70 yaşı tamam olub.
Yubliyar Qaynarinfo-ya açıqlamasında arzularından danışıb:
"Yaşamaq istəyirəm, Allahdan özümə çan sağlığı arzu edirəm. Yubileyimi teatrda qeyd etdik, təbrik edib hədiyyələrimi verdilər, sonda da bir tamaşa oynadıq. Adım-sanım, evim-eşiyim var, dolanışığım pis deyil, hər şey yerindədir. Ən böyük arzum nəvələrimin toyunu görməkdir”.  
Qeyd edək ki, Kazım Abdullayev Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışdığı bu illər ərzində bir-birindən maraqlı, yaddaqalan obrazlar yaradıb, tamaşaçı sevgisi qazanıb. Sənət yolunda təkcə teatra yox, eyni zamanda milli kinomuzun inkişafına da öz töhfəsini verib.
Bahar Rüstəmli