XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

600 manatdan 18 min manatadək avtomobillər hərraca çıxarılır
Ekonomiks20:35 10.08.2026

600 manatdan 18 min manatadək avtomobillər hərraca çıxarılır

Azərbaycanda bir sıra dövlət qurumları və publik hüquqi şəxslərin balansında olan nəqliyyat vasitələri sentyabrın 15-də hərraca çıxarılacaq.

Valyuta.az xəbər verir ki, siyahıda minik avtomobilləri, mikroavtobus və xüsusi təyinatlı nəqliyyat vasitələri yer alıb.

Gənclər və İdman Nazirliyinin tabeliyindəki “Azəridmanservis” MMC-nin balansında olan 2007-ci il istehsalı “Nissan Teana” 4 500 manat start qiyməti ilə təkrar hərraca çıxarılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansında olan 1995-ci il istehsalı “Mitsubishi L300” mikroavtobusunun start qiyməti 2 625 manatdır. Nazirliyin balansındakı 1992-ci il istehsalı QAZ-2410 minik avtomobilinin start qiyməti isə 750 manatdır.

Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyindəki “Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsinə məxsus 1990-cı il istehsalı VAZ-21061-in start qiyməti 750 manat, 1986-cı il istehsalı VAZ-21013-ün start qiyməti 600 manat, 2000-ci il istehsalı VAZ-21074 xüsusi təlim avtomobilinin start qiyməti isə 825 manatdır.

Dövlət Ehtiyatları Agentliyinin balansında olan 2007-ci il istehsalı “Chevrolet Niva 2123” 2 850 manat start qiyməti ilə hərraca təqdim edilir.

Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasına məxsus 2014-cü il istehsalı “Hyundai Equus”un start qiyməti 18 min manatdır. Dövlət İmtahan Mərkəzinin balansındakı 2010-cu il istehsalı “Volkswagen Passat” 5 700 manat start qiyməti ilə hərraca təqdim olunur.

Azərbaycan Memarlıq və İnşaat Universitetinə məxsus 2002-ci il istehsalı “Peugeot 406”ın start qiyməti 1 875 manatdır. Qeyd edək ki, nəqliyyat vasitələrinin hamsı dördüncü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır.

Yasamal Rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin balansında olan 2006-cı il istehsalı “Nissan Maxima” 1 600 manat start qiyməti ilə beşinci dəfə 50% endirimlə təkrar hərraca təqdim edilir.

“Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsinə məxsus 1985-ci il istehsalı QAZ-6611 xüsusi təlim avtomobili 1 350 manat start qiyməti və Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının balansında olan 2011-ci il istehsalı “Land Rover Freelander” 6750 manat start qiyməti ilə Hər iki qruma məxsus nəqliyyat vasitələri üçüncü dəfə 10 faiz endirimlə təkrar hərraca təqdim edilir.

Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinə məxsus 2011-ci il istehsalı “Volkswagen Polo”nun start qiyməti 4 500 manatdır. Avtomobil ikinci dəfə təkrar hərraca çıxarılır.

“Ağdaş Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə məxsus 1991-ci il istehsalı UAZ-3962 isə 5 500 manat start qiyməti ilə ikinci dəfə təkrar hərraca təqdim olunur.