XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

AVRO-2024-də final matçını idarə edəcək hakim açıqlandı
İdman10:34 11.07.2024

AVRO-2024-də final matçını idarə edəcək hakim açıqlandı

Almaniyada təşkil olunan Avropa çempionatının final matçını idarə edəcək hakim müəyyənləşib.
Qaynarinfo xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
İspaniya və İngiltərə komandaları arasındakı görüş fransalı Fransua Leteksyeyə tapşırılıb.
Qeyd edək ki, iyulun 14-də Berlində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.