XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Edi Rama Makronla zarafatlaşdı: Siz Azərbaycan və Albaniyanı da təbrik etməlisiniz (VİDEO)
Siyasət13:39 02.10.2025

Edi Rama Makronla zarafatlaşdı: Siz Azərbaycan və Albaniyanı da təbrik etməlisiniz (VİDEO)

Kopenhagen şəhərində keçirilən "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısı çərçivəsində Albaniyanın Baş naziri Edi Rama ABŞ Prezidenti Donald Trampın Ermənistan - Azərbaycan sülhü haqda danışarkən səhvən Albaniya - Azərbaycan deməsi barədə Fransa Prezidenti Emmanuel Makronla zarafatlaşıb.
Albaniyanın Baş naziri Trampın səhvən "Albaniya və Azərbaycan arasında münaqişə" dediyini nəzərə alaraq Makrona zarafatla deyib:
"Siz Azərbaycan və Albaniyanı da təbrik etməlisiniz".//Report