"Xaçakirner” (Səlibçilər) dəstəsinin üzvləri iyulun 26-dan Qarabağa "humanitar yardım" aparan yük maşınlarının karvanının saxlandığı Ermənistanın Sünik rayonunun Kornidzor kəndi yaxınlığındadır.
Qaynarinfo xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" yazır.
Xəbərə görə, dəstə üzvlərindən biri sosial şəbəkələrdə canlı yayımda bildirib ki, polis onların yolunu kəsib və Laçın dəhlizinə keçməyə imkan verməyib.
"Bizə qoşulmaq əvəzinə bizi buraxmırlar. Biz çoxuq və bir məqsədlə toplaşmışıq - qarabağlı uşaqların ərzaqlarının çatdırılmasına nail olmaq", aksiya iştirakçılarından biri deyib.
Qeyd edək ki, avqustun 8-də "Xaçakirner” dəstəsinin üzvləri və onların tərəfdarları Ermənistan hökumətinin binası yaxınlığında aksiya keçirərək, hakimiyyətdən Laçın dəhlizinin bağlanmasının qarşısının alınması üçün addımlar atmağı tələb ediblər. Aksiya zamanı polis 14 təxribatçını saxlayıb. Polis qeyd edib ki, vətəndaşlar hüquq-mühafizə orqanları əməkdaşlarının qanuni tələblərinə tabe olmadıqları üçün saxlanılıblar. Bundan sonra dəstənin qalan üzvləri Yerablur hərbi panteonuna gedib və axşam saatlarında Kornidzor şəhərinə yola düşüblər.
Alpər
Şərhlər