XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Qalatasaray" və "Beşiktaş"ın sabiq çalışdırıcısı millimizdə
İdman12:46 15.05.2023

"Qalatasaray" və "Beşiktaş"ın sabiq çalışdırıcısı millimizdə

Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının yeni baş məşqçisi bəlli olub.
Voleybol Federasiyasından Qaynarinfo-ya verilən məlumata görə, bundan sonra komandanı türkiyəli mütəxəssis Ataman Güneyligil çalışdıracaq.
Mütəxəssis bununla əlaqədar mayın 16-da Voleybol Mərkəzində yeni mətbuat konfransı keçirəcək.
Güneyligil müxtəlif zamanlarda Türkiyə təmsilçiləri "Qalatasaray", "Beşiktaş" və "Vakıf Bank"da köməkçi məşqçi kimi fəaliyyət göstərib. O ölkəsinin U-20 və U-23 millisini də çalışdırıb.
Səbuhi Həsənov