Türkiyənin aparıcı e-ticarət platforması və
dünyanın ən böyük e-ticarət platformalarından biri Trendyol, Azərbaycanın
yeganə qanuni lotereya təşkilatçısı Azerlotereya ilə
əməkdaşlığa başlayıb. Bu əməkdaşlıq çərçivəsində Trendyol, "Azerlotereya”nın
rəsmi e-ticarət sub-distributoru kimi çıxış edəcək.
Müştərilər artıq "Trendyol” platforması vasitəsilə
də "1001 Sevinc” əşya lotereyasına qoşularaq şanslarını sınaya biləcəklər.
"1001 Sevinc” əşya lotereyası oyunçulara cəmi 0.5,
1, 2 və ya 3 AZN qarşılığında qiymətli hədiyyələr qazanmaq imkanı
yaradır. Qaliblər lototron vasitəsi ilə "Azərlotereya”nın Youtube və Telegram kanallarında canlı yayımla müəyyən edilir.
Lotereyada avtomobil, eləcə də telefon, kompüter və
planşetlər, elektronika, məişət avadanlıqları, oyun və konsollar, hədiyyə
kartları kimi kateqoriyalara daxil olan uduşlar oynanılır.
Lotereya biletini onlayn şəkildə əldə etmək üçün
Trendyol müştəriləri əsas səhifədə yerləşdirilən "1001 Sevinc” bannerinə
klikləməli və ya "Sifarişlərim” bölməsindən "1001 Sevinc” kateqoriyasını
seçməlidirlər. Bununla yanaşı, müştərilər əldə etdikləri biletlərin statusu,
tiraj tarixi, lotereyanın nəticələri barədə məlumatları da öz Trendyol
hesablarında görə biləcəklər.
Hazırda "Trendyol”un Azərbaycanda 2,5 milyondan çox
müştərisi var. Son iki ildə Trendyol tətbiqi Azərbaycanda ən çox yüklənən mobil
tətbiq olub.
2001-ci ildən fəaliyyət göstərən "Azərlotereya”nın
müxtəlif çeşidli əyləncəli oyunlarında 1000000 manatadək böyük uduş qazanmaq
şansı var.
Şərhlər