XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

YAP namizədlərini nə vaxt açıqlayacaq?
Siyasət06:55 01.07.2024

YAP namizədlərini nə vaxt açıqlayacaq?

Xəbər verdiyimiz kimi, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri  keçiriləcək.
Əsas müzakirə olunan məsələlərdən biri də hakim Yeni Azərbaycan Partiyasının  (YAP) deputatlığa namizələr siyahısında kimlərin namizədlər siyahısında olub-olmaması barədədir.
YAP Mərkəzi Aparatının rəhbəri Tahir Budaqov Gununsesi.info-ya açıqlamasında bildirib ki, hazırda deputatlığa namizədlər siyahısı üzərində iş gedir: "Bir neçə gündən sonra YAP  İdarə Heyətinin toplantısı olacaq və deputatlığa namizədlərimiz elan olunacaq”.
Yeni siyahıda hazırki deputatlardan kimlərin kənarda qalıb-qalmamasına gəlincə, Tahir Budaqov bu barədə suala belə cavab verib: "Bu barədə yalnız YAP İdarə Heyəti qərar verəcək. Onu da deyim ki, YAP əvvəlki dövlərdə olduğu kimi  bəzi dairələrdə yenə də müstəqil namizədləri dəstəkləyəcək”