XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

14 illik dövr başa çatdı
İdman10:29 19.07.2026

14 illik dövr başa çatdı

Didye Deşam Fransa milli komandasının baş məşqçisi postundan ayrılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyası məlumat yayıb.
Didye Deşam 2012-ci ildən Fransa millisini çalışdırırdı. Onun rəhbərliyi altında komanda 2018-ci ildə dünya çempionu, 2022-ci ildə UEFA Millətlər Liqasının qalibi olub. Fransa yığması həmçinin 2016-cı il Avropa çempionatının və 2022-ci il dünya çempionatının gümüş mükafatçısı adını qazanıb.
Fransa millisi DÇ-2026-da bürünc medal uğrunda matçda İngiltərəyə məğlub olub.