ABŞ Nigerdə dövlət çevrilişi nəticəsində hakimiyyətdən uzaqlaşdırılan Məhəmməd Bazumu dövlətin qanuni prezidenti hesab edir.
Qaynarinfo xəbər verir ki, bu barədə jurnalistlərə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild məlumat verib.
"Biz prezident Bazumu Nigerin demokratik yolla seçilmiş prezidenti hesab edirik. Onun hazırda saxlandığı şərtlər qəbuledilməzdir. Biz onu BMT baş katibi və ECOWAS üzvləri ilə birlikdə azad etməyə çağırdıq. Məncə, onlar bu gün oradakı vəziyyəti müzakirə etmək üçün görüşəcəklər”, deyə ABŞ nümayəndəsi bildirib.
Niger Prezident Qvardiyasının hərbçiləri iyulun 27-nə keçən gecə dövlət başçısının və ailəsinin hakimiyyətdən uzaqlaşdırıldığını elan ediblər. Daha sonra üsyançılara Niger ordusunun komandanlığı dəstək verib.
Aydın
Şərhlər