XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

ABŞ klubu rekorda imza atdı
İdman09:09 25.08.2024

ABŞ klubu rekorda imza atdı

ABŞ-nin "Los-Anceles Qalaksi” klubu rekorda imza atıb.
"Report” xarici KİV-ə istinadən xəbər verir ki, ölkə çempionatında "Atlanta Yunayted”lə qarşılaşan Los-Anceles klubu 2:0 hesablı qələbə qazanıb.
Bu, komandanın 400-cü qələbəsi olub. Eyni zamanda MLS tarixində 400 qələbə həddinə çatan ilk klub olub.
Qeyd edək ki, Los-Anceles təmsilçisi həm də bir mövsüm ərzində oyunlarına 10 milyon tamaşaçı qatılan ilk MLS komandası kimi də tarixə düşüb.