XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Allahşükür Paşazadə erməni kilsəsini dostluğa çağırdı
Siyasət05:40 21.04.2023

Allahşükür Paşazadə erməni kilsəsini dostluğa çağırdı

"Azərbaycanla ultimatum dili ilə danışmaq olmaz”.
"Report” xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında deyib.
"Hesab edirəm ki, erməni katolikosunun açıqlamaları din adamlarına uyğun olmayan açıqlamadır. Din adamları müharibə üçün yox, sülh üçün çalışmalıdır. Erməni katolikosunun yeni müharibə çağırışları onun siyasi ambisiyaların qurbanına çevrilməsindən irəli gəlir və din adamlarının siyasətə qarışması doğru deyil. Biz erməni kilsəsini dostluğa çağırırıq”, - deyə QMİ sədri bildirib.