XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Anar Ələkbərov FIA Senatına üzv seçildi
Ölkə15:41 28.06.2025

Anar Ələkbərov FIA Senatına üzv seçildi

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Senatının üzvü seçilib.
Qaynarinfo xəbər verir ki, Senat FIA-nın idarəedici orqanıdır.
Qurumun maliyyə və kommersiya məsələlərinə, eləcə də FIA-nın ümumi idarəçiliyinə məsul olan Senat avtomobil idmanı sahəsində standartların yaradılması, yol hərəkəti təhlükəsizliyi, həmçinin avtomobil sənayesinin inkişafı istiqamətinə fəaliyyət göstərir.