Avropa Parlamenti səs çoxluğu ilə kripto aktivlərin bazarlarını tənzimləmək üçün qaydaların ilk paketini dəstəkləyib.
Qaynarinfo "Reuters"ə istinadən xəbər verir ki, Aİ-yə üzv ölkələr 2024-cü ilin ortalarından qüvvəyə minəcək qaydaları artıq
təsdiqləyiblər.
Yeni qaydalara əsasən, kripto aktivləri istehsal edən və ticarət aparan firmalar milli tənzimləyici orqan tərəfindən lisenziya almalıdır. Bu onlara 27 üzv ölkədən ibarət blokda müştərilərə xidmət göstərmək icazəsi verir.
"Ümid edirəm ki, bizim qaydalarımız digər ölkələr üçün nümunə ola bilər", deyə Avropa İttifaqı maliyyə xidmətlərinin rəhbəri Mairead McGuinness bildirib.
Avropa Parlamenti kriptovalyutaların transferini izləmək üçün yeni qaydaları da dəstəkləyib.
"Bu tənzimləmə Aİ-yə rəqabət üstünlüyü verir", Avropa Parlamentinin deputatı Stefan Berger bildirib.
Aydın
Şərhlər