XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Araz Əlizadənin vəzifəsinə kim gətiriləcək? - Həyat yoldaşı danışdı
Siyasət08:24 17.10.2022

Araz Əlizadənin vəzifəsinə kim gətiriləcək? - Həyat yoldaşı danışdı

Azərbaycan Sosial Demokrat Partiyasının sədri, sabiq deputat, mərhum Araz Əlizadəni təşkilatda kim əvəz edəcək? 
Araz Əlizadənin həyat yoldaşı Manana Quriya Qaynarinfo-ya açıqlamasında bildirib ki, yeni sədr mərhumun 40 mərasimindən sonra seçiləcək. O bildirib ki, ASDP ilə bağlı məsələlər yalnız sabiq deputatın 40 mərasimdən sonra müzakirəyə çıxarılacaq. 
"Partiyanın sədri vəzifəsini Araz Əlizadənin oğlu - Səməd Əlizadə tuta bilərmi" sualına mərhumun həyat yoldaşı belə cavab verib: 
"Niyə də olmasın? Amma partiyanın nizamnaməsi var. Nizamnaməyə görə sədri qurultay nümayəndələri seçməlidir. Qurultay çağırılacaq, sədr də orada çeçiləcək”. 
Qeyd edək ki, Araz Əlizadə oktyabrın 6-da dünyasını dəyişib. 
Bahar Rüstəmli