XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Arif Əsədov: "Rəqibləri zəif və güclülərə bölmək istəməzdim"
İdman09:52 05.03.2024

Arif Əsədov: "Rəqibləri zəif və güclülərə bölmək istəməzdim"

Millimiz Bakıda təşkil olunacaq "FIFA series – Edition 2024” turnirində mübarizə aparacaq. Komandamızı turnir oyunlarına isə baş məşqçi səlahiyyətlərini yerinə yetirən Arif Əsədov çıxaracaq. 
Veteran futbolçu hazırlıqla bağlı Qaynarinfo-ya açıqlama verib. O, rəqibləri analiz etdiklərini söyləyib: 
"Geniş məlumatı oyunlar ərəfəsində verə bilərəm. Hazırkı duruma gəlincə, çempionatı izləyirik, namizədlərə baxırıq. Yəqin ki, çempionatın sonuncu tura qədər siyahını açıqlayarıq. Martın 17-si üçüncü dövrənin sonuncu turu olacaq. Siyahı hazır olandan sonra nəsə demək mümkündür”.
Əsədov rəqiblərin oyunlarını izlədiklərini də deyib:
"Bəli izləmişik, analiz edirik. Yoldaşlıq görüşüdür, rəqibləri zəif və güclülərə bölmək istəməzdim. Əsas hazırlıqdır ki, komanda maksimum istədiyini ala bilsin. Artıq təlim-məşq toplanışına qədər olan proseslərin üzərində işləməyə başlamışıq”.
"Bu yarışda nəyə ümid edə bilərik” sualına Əsədov belə cavab verib:
"Düzdür, komandanın içindəyəm, potensialı bilirəm. Amma bütün bunlarla bağlı yarış ərəfəsində danışa bilərəm”.

Səbuhi Həsənov